Mustafa Hacıbəyli Səxavət Əlisoya cavab verdi İTTİHAM

“Fraksiya yaradan insanların əsl simaları ortaya çıxacaq”
Mustafa Hacıbəyli Səxavət Əlisoya cavab verdi İTTİHAM

"Fraksiya yaradan insanların əsl simaları ortaya çıxacaq. Frakisya yaransa belə, bunu faciə kimi qəbul etmirəm". Bu fikirləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli partiya daxilində yaradılacaq fraksiya ilə bağlı fikirlərini şərh edərkən deyib.

Mustafa Hacıbəyli Səxavət Əlisoyun Müsavat başqanı Arif Hacılını bu postdan uzaqlaşdıracaqları iddiasına da münasibət bildirib: "Əslində həmin iddianı irəli sürənlər daha öncələrdən qruplaşma şəklində fəaliyyət göstəriblər. Fraksiya haqqında danışan adamların bir hissəsi onsuzda uzun müddət vahid qruplaşma olaraq fəaliyyət göstəriblər. İndi də bu addımları ilə Müsavat Partiyasının daxilində qruplaşma olduğunu etiraf etmiş olacaqlar".

Lakin Müsavaf funksioneri daha bir ilginc məqama da toxunaraq bildirib ki, nə qədər qəribə görünsə də fraksiyanın yaradılmasının müsbət yönləri də var: "Bunun partiyaya hər hansı bir ziyanı olacaqsa da mübət tərəfi də olacaq. Belə ki, bu amil fraksiyanın yaradılmasında iştirak edən insanların əsl simalarını aşkara çıxaracaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə