Xədicə İsmayılın fotosu mübahisəyə SƏBƏB OLDU - FOTOFAKT

Taleh Şahsuvarlı: “Adama deyərlər, ay hüquqları pozulan, sən gündüz mitinq kecirib, axşam oxuya, çala bilirsənsə, sənin hansı hüquqların pozulur?”
Xədicə İsmayılın fotosu mübahisəyə SƏBƏB OLDU - FOTOFAKT

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı facebook sosial şəbəkəsindəki şəxsi hesabında ilginc foto yayımlayıb. SİA xəbər verir ki, həmin fotoda "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın Milli Şuranın noyabrın 9-da keçirdiyi mitinqindən sonra getdiyi karaoke barında pivə masası arxasında sərxoş vəziyyətdə əylənməsi əks olunub. BAXCP-nin sədr müavini həmin şəklin altında bu sözləri ifadə edib: "Xədicə İsmayıl ölkədə "demokratiya" quracaqmış...Yəqin dünənki "mitinq"i "qeyd" edirmişlər..."

Lakin sözügedən foto sosial şəbəkənin digər istifadəçiləri tərəfindən də marağa səbəb olub. Belə ki, "Yeni Müsavat" qəzetinin köşə yazarı Taleh Şahsuvarlı foto ilə bağlı münasibətində qeyd edib ki, əslində, onun özü də pivə içmək həvəskarı olsa da ədəb-ərkanı saxlamağı heç vaxt unutmur: "Biz də pivə icərik, həm də təkcə pivə içmirik, şəxsən mənim muəyyen çərçivə və normalarda içki problemim yoxdur. Mən kosmopolit də deyiləm. Oz anlayışlarıma görə, hər şeydə ədəb-ərkanı, şəxsi və milli mənada türklüyun, Azərbaycanın, uluslararası hüququn normalarınə gözləyən bir türk kişisiyəm. Amma bir türk kişisi olaraq utanc duyaram ki, mən çıxıb ölkədə aclıqdan ve səfalətdən danışım, bununla kimləri isə qızışdırım, türməyə salım, özumdən qəhrəman düzəldim, axşam da karaokelərdə şarki deyim... Adama deyərlər, ay hüquqları pozulan, sən gündüz mitinq kecirib, axşam oxuya, çala bilirsənsə, sənin hansı hüquqların pozulur?"

"Yeni Müsavat"ın yazarı onun fikirlərinə etiraz edən və Xədicə İsmayıl tərəfdarlarından olan bir nəfərə isə bu cavabı verib: "Xanım bunlar hamısı o xanımın və onun ətrafındakıların əcayib münasibətlərinin nəticəsində ortaya çıxır. Toyda iqtidar nümayəndəsi ilə bir masa arxasında təsdüfən oturmağı satqınlıq hesab edənlərə bəzən nə isə xatırlatmaq lazım gəlir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə