Nəcəf Novruzov: “Azərbaycanın üçrəngli bayrağı tezliklə işğal altında olan torpqalarımızda dalğalanacaq”
"Bu gün Azərbaycan bayrağının dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanması hər birimizə böyük iftixar və qürur hissi yaşadır". Bu fikirləri SİA-ya Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 9 noyabr Dövlət Bayrağı günü ilə bağlı fikirlərini şərh edərkən deyib.
"İlk dəfə 1918-ci ildə qaldırılan dövlət bayrağımız, ikinci dəfə Naxçıvanda Ümummilli Lider Heydər Əliyev tərəfindən dalğalandırıldı", - deyə qeyd edən Nəcəf Novruzov həmçinin bildirib ki, məhz bu faktordan sonra biz əbədi və dönməz müstəqilliyimizi qazandıq: "Bu gün uca zirvədə - 162 metr hündürlükdə dalğalanan bayrağımız yenilməzdir, qürurumuzdur, kimiliyimizdir. Bayraq Günü münasibətilə xalqımızı, gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir.Bayraq həm də and yerimizdir.Hər bir azərbaycanlı bayrağına ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bayrağımızın düşmən tapdağı altında qalmış ərazilərdə dalğalanacağı gün o qədər də uzaqda deyil".
Nərimanov rayon Gənclər və İdman İdarəsinn rəisi son olaraq onu da qeyd edib ki, Azərbaycanın üçrəngli müqəddəs bayrağı tezliklə işğal altında olan torpqalarımızda da dalğalanacaq: "Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada... dalğalanacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə