Vaqif Hacıbəyli: “Qubad İbadoğlu partiyada faktiki nifaq toxumu səpdi” RƏY
"Tez-tez deyirəm ki, indiyə kimi nə yazmışamsa, hamısının altından imza atmağa hazıram. Amma sonra yadıma düşür ki, nə vaxtsa Qüdrət Həsənquliyevin AXCP-də birlik tərəfdarı olduğu barədə mülahizələrinin səmimi olduğuna inandığımı da yazmışam. Birlik çağırışları ilə cəbhəçiləri ətrafına yığdıqdan sonra keçirilən qurultayda AXCP faktiki parçalandıqda necə də sadəlövh olduğumu anlayıb keçirdiyim hissləri hələ də unuda bilmirəm". SİA xəbər verir ki, bu fikirləri "Əhrar" Partiyasının sədri, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli başqanlığa namizəd olmuş Qubad İbadoğlunun noyabrın 8-də partiyaınn qərargahında keçirəcəyi görüşə münasibətini "facebook" hesabında qeyd edərkən irəli sürüb.
"Qubad İbadoğlu da noyabrın 8-ə bütün müsavatçıları yığıncağa dəvət edərək "bu görüşün Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacağına inandığını" bəyan edib", - deyə xatırladan "Əhrar" Partiyasının sədri eyni zamanda bildirib ki, bu sözlər gözəl görünsə də səmimi təsir bağışlamır: "Nə qədər lazımlı və gözəl sözlərdir. Mən bu sözlərin səmimiyyətinə inanmaq istəyirəm və hamını da buna inanmağa çağırıram. Hərçənd ki,qurultaydan sonra o tərəfdarlarından heç kəsin seçkili orqanlarda təmsil olunmayacağı barədə bəyanat verməklə partiyada faktiki nifaq toxumu səpdi. Bu hal onun səmimiyyətinə şübhələr üçün kifayət qədər əsaslar da verir. Əgər bu gün birlik çağırışı edən Qubad İbadoğlu da sonradan Qüdrət Həsənquliyev kimi davranacaqsa, onun səmimiyyətinə bu gün inananlar suçlu sayıla bilməz. Bu mənada mən yenə də burada nə yazıramsa, hamısının altından gələcəkdə də imza atmağa hazıram. Bu həm də Musavatdakı partiya kütlələrinin əsasən sağlam mövqedə dayanmaqla partiyada təftişçiliyin, sabotajın, qeyri-sağlam siyasi mübarizə üsullarının rədd edilməsi əzmini göstərəcəklərinə olan inamla bağlıdır.Ümidvaram ki, hər şey yaxşı olacaq, inşallah!".
Qeyd edək ki, bir müddət öncə Vaqif Hacıbəyli Qubad İbadoğlunun digər tərəfdarı, Müsavatın köhnə funksionerlərindən olan Vurğun Əyyubla kəskin söz duelinə çıxaraq, Arif Hacılının başqanlığını müdafiə edən fikirlər səslənədirmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB