"Öz ixtiyarında olmayan Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində söz sahibi deyil və böyükləri nə söz desə həmin təkliflərlə də masa arxasına oturur". Bunu SİA-ya millət vəkili, politoloq Fəzail İbrahimli deyib.
Millət vəkili bildirib ki, Ermənistanın dövlət kimi nə iqtisadiyyatı, nə siyasəti, nə taxt-tacı öz ixtiyarında deyil: "Belə olan təqdirdə onun fikirlərinə önəm vermək lazım deyil. Ermənistan prezidenti tərəfindən səsləndirilən snayperlərin geri çəkilməməsi münaqişə tərəfləri arasında etimad mühitini pozur fikri də daxili auditoriyaya hesablanıb. Hesab edirəm ki, Serj Sarkisyan heç vaxt nəyinsə həllinə rəvac verə bilməyəcək. Çünki böyükləri nə desə, onunla hərəkət edir".
F. İbrahimlinin sözlərinə görə, snayperlər geri çəkilsə də, Ermənistan öz ampulasında qalacaq: "Ona görə də hesab edirəm ki, Ermənistan güc, təzyiq görməlidir. Onlar beynəlxalq ictimaiyyətin təzyiqinə məruz qalmalıdır. Azərbaycan torpaqlarını 20 ildir işğalda saxlayan Ermənistan işğalçı dövlət kimi cəzalanmalıdır. Nə qədər ki cəzalanmır, Sarkisyan istədiyi sözü deyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB