Elşən Musayev: "Onlar Azərbaycan siyasətinin rəzil və bədbəxt simalarıdır" Açıqlama
"Əslində Azərbaycanın radikal müxalifətində özünü qəhrəman və qoçaq hesab edən bir çoxu sərhədlərdən uzaqda yaşayır. Bunu da bir çox formada əsaslandırırlar. Deyirlər ki, guya onlar vətənə qayıtsalar, burada həbs olunacaqlar. Qeyd edim ki, onların bu ənənəsi Rəsul Quliyev tərəfindən qoyulub". Bu fikirləri SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bəzi müxalifyönlü insanların xaricə mühacirət etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu cür insanlar çox olub: "Bloqqer Həbib Müntəzir kimilərini buna misal çəkmək olar. Onlar xaricə qaçaraq Azərbaycanın milli maraqlarına xələl gətirməyə çalışırlar. Səbəb isə onlarda təkəbbür kompleksinin olmasıdır. Odur ki, elələri Azərbaycan vətəndaşı olmağa layiq deyil. Onlar sadəcə birbaşa erməni lobbisinin təsiri ilə ölkəmizin maraqlarını tapdamaqla məşğuldurlar".
E. Musayev həmçinin Müsavatdakı insanların istefa verərək "Milli Şura"ya getmələrini də şərh edib. Onun fikrincə, radikal müxalifət yaranandan bu günə qədər AXCP və Müsavat arasında hələ də monopoliya hökm sürür: "Onlar bu günə qədər hakimiyyət üzərində deyil, əksinə bir-birilərinə qarşı mübarizə aparıblar. Bu gün Azadlıq və Yeni Müsavat qəzetlərini oxumaq kifayətdir ki, onların bir-birilərini hansı amansız formada vurduqlarının şahidi olaq. Ümumiyyətlə "Milli Şura" deyilən anlayış yoxdur. Bu, sadəcə Azərbaycan iqtidarına qarşı aqressiv olanların şurası olub. Digər tərəfdən Şuraya sədrlik edən Cəmil Həsənlinin kim olduğunu xatırlayaq. Cəmil Həsənli həmin insandır ki, Ulu Öndər Heydər Əliyev haqqında yazdığı kitablarına ön söz yazdırmaq üçün ağız açmadığı insan qalmamışdı. Yaxud da Gültəkin Hacıbəyli... O, YAP-ın mitinqində iqtidarın şəninə bir-birindən gözəl sözlər deyən birisi olub. Maraqlıdır ki, milli adı verdikləri qurumun üzvləri necə millətin adından danışa bilər? "Milli Şura"nın üzvləri sadəcə Azərbaycan siyasətinin rəzil və bədbəxt simalarıdır. Ona görə də onlar haqqında deyiləcək başqa söz tapa bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB