Niyaməddin Orduxanlı: "Eldəniz Quliyev Əlikramın yolu ilə gedir" AÇIQLAMA
"Eldəniz Quliyev Azərbaycanın dövlətçiliyinə, müstəqiliyinə, milli maraqlarına zərbə vuran ünsürlərdən biridir". Bu fikirləri SİA-ya BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı Eldəniz Quliyevin vaxtilə "talışları müdafiə komitəsi" yaradaraq, Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrlə iş birliyində olmasına münasibət bildirərkən deyib.
Niyaməddin Orduxanlı xatırladıb ki, keçən il Rusiya Milli Şuranı yaradan kimi Eldəniz Quliyev Azərbaycanda etnik məsələsi ilə bağlı müraciət yayımlamışdı: "Guya ölkədə etnik problemlər var. Bu məqsədindən də aydın görünür ki, bu adam müstəqil Azərbaycanı sevməyən birisidir. Bu adamı Azərbaycan siyasətinə Eldar Namazov gətirib və onu da təlimatlandıran odur. Eldəniz Quliyev Əlikramın yolu ilə gedir. Özünü İrana, Rusiyaya göstərir ki, Azərbaycanda bu yönümdə işlər apara bilər. Bu gün belə adamların hamısı Əli Kərimlinin yanında yer tapıb. Əli Kərimli üçün bu adamların kim olmasının heç bir fərqi yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB