Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək

Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək

Qırğızıstanın Bişkek şəhərində oktyabrın 27-28-də Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə