Rauf Əliyev: “İşğalçı ölkə heç kimə məhəl qoymadan min cür hoqqadan çıxır” AÇIQLAMA
"Beynəlxalq Qızıl Xaç Komitəsi, xarici təşkilatlar bu gün də bu istiqamətdə işlər aparırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev 20 ildən sonra ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlıların video görüntüsünün yayılması məsələsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, bu məsələ haqqında dəfələrlə deyilib: "Hesab edirəm ki, tezliklə bu məsələ öz həllini tapacaq və ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlılar öz doğma yurdlarına qaytarılacaq. Çünki artıq həmin məsələnin həll olunması zamanı yetişib. Bu gün heç kimə sirr deyil ki, Ermənistanda əsir və girov götürülən azərbaycanlılar var. İşğalçı ölkə hər zaman terrorçuluq fəaliyyəti ilə məşğul olub və bunun da qarşılığında əsir və girov götürüb. Bir sözlə, heç kimə məhəl qoymadan min cür hoqqadan çıxırlar".
Qeyd edək ki, erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb. Video kadrları "Facebook"da "Karabakh War Pictures" səhifəsi paylaşıb. Görüntülərin üzərində bu sözlər yazılıb: "Qarabağda ermənilər tərəfindən girov götürülən azərbaycanlı savaş əsirləri ilə "xoş rəftar"...
Azərbaycanlı əsirlərin üz ifadələrinə baxsanız, ermənilərin onlarla çəkiliş xatirinə belə xoş davrandığını anlamaqda çətinlik çəkməyəcəksiniz. Ola bilsin, videoda kiminsə itgin düşmüş qohumu-tanışı ola bilər. Ona görə yaxşı baxın. Bəlkə bu bir ümid olacaq. Videoda əsirlərdən İdris Əhmədov və Vaqif Qəmbərov adlarının çəkildiyinin şahidi olacaqsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB