Mais Səfərli: "Boğulmamaq xətrinə siyasət dəryasında bir-birilərindən yapışırlar" Açıqlama
"Müxalifətdə olan insanlar o qədər qeyri-səmimidirlər ki, onların öz münasibətlərindəki hərəkətlərindən hansısa nəticə çıxarmaq müşkül məsələyə çevrilir". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli "Milli Şura"nın sədri Cəmil Həsənlinin AXCP-nin keçmiş sədri Rəsul Quliyevlə xaricdə görüşmələri iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifətdə təmsil olunanların gah düşmən, gah da dost kimi bir yerdə olduqlarının şahidi olunur: "Onlar bu kimi hərəkətləri ilə sadəcə gündəmdə qalmaq istəyirlər. Özlərinin və hər kəsin bildiyi tək bir şey var ki, heç vaxt Azərbaycan xalqının səsini qazana bilməyəcəklər".
M. Səfərlinin fikrincə, onlar suyun üzərində qalmaqla sırf boğulmamaq xətrinə siyasət dəryasında bir-birilərindən yapışırlar: "Lakin bəzən həmin dəryada bir-birilərini batırmağa da çalışırlar. Əksər hallarda da bir-birilərinə əl uzadaraq özlərini xilas edir və siyasi gündəmdə qalmağa çalışırlar. Bu baxımdan məsələ ilə bağlı səsləndirilən iddiaları belə dəyərləndirərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB