"Dağlıq Qarabağda qanunsuz məskunlaşanlarla bağlı qərar qəbul edilməlidir"

"Dağlıq Qarabağda qanunsuz məskunlaşanlarla bağlı qərar qəbul edilməlidir"

"Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar.

M. Qasımlı xatırladıb ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır: "Biz də bundan istifadə edərək, öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".

Bütün xəbərlər Facebook səhifəmizdə