"Rəsul Quliyev əsassız və siyasətçiyə yaraşmayan fikirləri ilə bəlli bir dönəmdə müxalifətdə qazandığı reputasiyanı, hörməti artıq tükədib. Müsavat Partiyası heç vaxt heç bir ailənin partiyası olmayıb və olmayacaq da". Bu fikirləri SİA-ya Müsavat Partiyasının başqanlığa namizədi olmuş partiya funksioneri Tural Abbaslı Rəsul Quliyevin Müsavat Partiyasını ailə podratı, Arif Hacılını isə primitiv partiya sədri adlandırmasına münasibətini açıqlayarkən deyib.
Tural Abbaslı qeyd edib ki, Rəsul Quliyevin nə Müsavatı, nə də ki, Arif Hacılını analiz etməyə haqqı yoxdur: "Güman etmirəm ki, Arif Hacılının Rəsul Quliyevin fikirlərinə ehtiyacı olsun. Azərbaycan cəmiyyəti hər kəsi yaxşı tanıyır. Odur ki, Rəsul Quliyevə məsləhət verərdim ki, ABŞ -da otursun və şəxsi həyatı ilə məşğul olsun. Heç olmasa yaşlı vaxtında özünün siyasətçi kimi də yox, insan kimi qalan hörmətini itirməsin".
Səxavət Əlisoyun və Qubad İbadoğlunun növbədənkənar qurultayın keçiriləcəyinə dair irəli sürdükləri iddiaya da cavab verən Tural Abbaslı qeyd edib ki, istənilən partiya funksioneri və ya üzvü istənilən təşəbbüslə çıxış edə bilər: "Kiminsə iddiası varsa ki, qurultay yenidən keçirilsin, nəticələr etibarsız sayılsın, bu onların öz hüququdur. Lakin edilən bu tələb də məhz hüquqi baxımdan həll edilməlidir. Özlərini haqlı hesab edən hər kəs öz haqqını qorumaq hüququna malikdir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB