Aydın Mirzəzadə: “Prezident İlham Əliyevin mövqeyi Azərbaycanın yüksək inkişaf xəttində olduğunu göstərir” MÜNASİBƏT
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədəki çıxışı cəmiyyətdə böyük müzakirə mövzusudur". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ölkə rəhbəri İlham Əliyevin sözügedən müşavirədəki çıxışını şərh edərkən deyib.
YAP rəsmisi vurğulayıb ki, cəmiyyətin bütün inkişaf sahələrinə dair dövlət başçısının mövqeyi bu gün Azərbaycanın yüksək inkişaf xəttində olduğunu və heç bir məsələnin konkret olaraq Prezidentin diqqətindən kənarda qalmadığı və məsələlərin mərhələli həll edildiyini göstərir: "Prezidentimizin ordu quruculuğuna dair dediyi fikirlər Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində çox qətiyyətli olduğunu göstərir. Problemin həm hərbi, həm də diplomatik həlli var. Hər iki məsələyə Azərbaycan diqqət edir. Amma Ermənistanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanımaması və torpaqlarmızın hələ də işğal altında saxlaması güclü ordu yaradılmasını vacib hesab edir. Prezident İlham Əliyev Ali Baş Komandan kimi həmişə ordu quruculuğuna ciddi fikir verir. İllərlə Müdafiə Nazirliyinə hərbi xərclərə ayrılan vəsaitin həcmi artmaqdadır. Hərbiçilərmizin sosial məsələləri həll edilir. Onların peşəkar səviyyəsinin artması üçün bütün təşkilatı işlər görülür. Ən müasir silahlar alınır, vaxtaşırı təlimlər keçirilir. Bu yaxınlarda qonşu, dost və qardaş Türkiyənin silahlı qüvvələri ilə bir aya yaxın davam edən və 40 minə qədər hərbi qulluqçunu əhatə edən təlimlər Azərbaycan ordusunun yüksək hazırlığını göstərdi. Bu yüksək hazırlığı düşmən tərəf artıq etiraf etməkdədir. Ermənistan prezidenti Azərbaycan silahlı qüvvələrinin qüdrətini vurğulamaqdadır. Azərbaycan Dağlıq Qarabağ probleminin həllində qətiyyətlidir heç bir halda özünün ərazisini heç kəsə güzəştə getməyəcək. Ötən əsrin 90-cı illərində Ermənistan xaricdən aldığı böyük dəstəyə güvənərək torpaqlarmızın bir hissəsini işğal etdi. Ancaq ötən 20 ildən çox müddətdə ona beynəlxalq hüquqi status verdirə bilmədi. Bu gün Dağlıq Qarabağ məsələsi Ermənistanın boynundan ağır bir daş kimi asılıb. Problemin torpaqları azad etməkdən başqa digər çıxış yolu yoxdur. Bu ilin avqust ayında cəbhə xəttindəki qarşıdurmada Ermənistan tərəfi böyük itiklər verdi. Bununla da Ermənistanın həbi qüdrətinin zəifliyi göründü. Bütün Ermənistanda, o cümlədən paytaxt İrəvanda əhali vahiməyə düşərək kütləvi sürətdə ölkəni tərk etdi. Azərbaycan bütün əzmi və resursları ilə torpaqlarını işğaldan azad etmək əzmini ortaya qoyur. Bu məsələdə beynəlxalq hüquq tərəfimizdədir və Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini bütövlükdə dəstəkləməkdədir. Dağlıq Qarabağ probleminin çox da uzaq olmayan bir dövrdə həll ediləcəyi artıq gün kimi aydındır".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB