Millt vəkili: "“Freedom House” təzyiq üçün həmişə nəsə axtarıb tapır"

“Belə hallarda sadəcə "... karvan gedər" prinsipindən çıxış etmək lazımdır”
Millt vəkili: "“Freedom House” təzyiq üçün həmişə nəsə axtarıb tapır"

"Azərbaycanda İŞİD kimi bir terrorçu qurum formalaşdırmaq mümkün olmadığından xaos yayıcısı kimi bəzi QHT-lərdən faydalanılır". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev sosial şəbəkədəki hesabında bildirib.

S.Alıyev deyib: "Bir zamanlar başında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Ceyms Vulsi duran və ümumiyyətlə, yarandığı gündən sözü gedən qurumun köməkçi strukturu kimi fəaliyyət göstərən "Freedom House" son zamanlar ardıcıl olaraq Azərbaycanın üstünə gedir. İndi də bizi sanksiyalarla hədələyirlər. Niyə? Hədələyənlərin sözlərindən belə görünür ki, buna səbəb ermənilərlə sıx əməkdaşlıq edən, hələ bu azmış kimi vergidən yayınma və başqa əməllərə əl ataraq Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan QHT təmsilçilərinin məsuliyyətə cəlb edilmələri onların xoşuna gəlmir. Çünki həmin QHT-lər bir növ İŞİD-in funksiyasını yerinə yetirirlər. Azərbaycanda İŞİD kimi bir terrorçu qurum formalaşdırmaq mümkün olmadığından xaos yayıcısı kimi bəzi QHT-lərdən faydalanılır. Bunun qarşısı alınanda isə bir milyondan artıq azərbaycanlının hüququnun pozulmasına, öz dədə-baba yurdlarından qovulmalarına göz yumanlar insan haqlarından dəm vururlar. Soruşuram Leyla Yunus kimilər insandırsa, bəs onun sıx iş birliyində olan ermənilərin ev-eşiklərindən didərgin saldıqları milyondan artıq qaçqın və məcburi köçkünlər kimdir? Onlar insan deyillərmi? Niyə bircə dəfə olsun belə haqqı pozulmuş bu insanlarımızdan danışmırlar? Bilirsiniz, qərbdəkilərin tələbləri yerinə yetirilərək Leyla Yunus və onun kimilər həbsdən buraxılsalar belə bizi yenə də nədəsə suçlandıracaqlar. Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın iddialı siyasət yürütməsi, yəni öz milli maraqlarından çıxış etməsi haqda ötən həftə yazdıqları göstərir ki, onları qıcıqlandıran budur. Onlar istəmirlər ki, az-çox resursu olan hər hansı bir ölkə öz milli maraqlarını ön plana çıxarsın. Özəlliklə də əgər o, müsəlman ölkəsidirsə, bunu heç istəmirlər. Budur məsələ, ona görədə həmin ölkələrə, demək bizə də təzyiq üçün həmişə nəsə axtarılıb tapılır və tapılacaq. Belə hallarda sadəcə karvan gedər prinsipindən çıxış etmək lazımdır. Bəlli çevrələrin bizi niyə gözləri götürmədiyini və nə qədər "sevdiklərini" bilmək üçün cənab Prezidentin ötən gün 9 ayın yekunlaraına dair müşavirədə səsləndurdiyi bu fikirlərə diqqət yetirmək bəs edir: "Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə "Ağ Şəhər" olacaq. "Ağ Şəhər" nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə