Etibar Hüseynov: “Mitinqdə Maral Tahirqızı oxuyacaq”
Millət vəkili Etibar Hüseynov Milli Şuranın və AXCP-nin ayın 12-də keçirməyə hazırlaşdığı mitinq haqqında sosial şəbəkədəki hesabında maraqlı fikir paylaşıb. SİA-nın məlumatına görə, millət vəkili ironik şəkildə qeyd edib ki, AXCP tərəfdarları insanları mitinqə cəlb etməkdən ötrü hər cür üsullara yol atırlar: "Keçən dəfə cəbhəçilər camaatı mitinqə cəlb etməkçün xəbər yaydılar ki, bəs guya ki, Ukraynadan Femen qızlar gəlib mitinqdə soyunacaqlar. İndi də xəbər yayıblar ki, bəs mitinqdə Maral Tahirqızı oxuyacaq... Özü də canlı-canlı ))".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın və AXCP-nin oktyabrın 12-də mitinq keçirməsinə icazə verib və yer ayırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB