"Müsavat partiyasının qurultayından sonra baş verən son hadisələr göstərdi ki, sən demə, bu, partiyanın rəhbərliyində olan insanların böyük əksəriyyəti başqa yerlərə işləyən adamlardır". Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Müsavat partiyasında baş verənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İsa Qəmbər 450 nəfərlik bir qurultayı normal şəraitdə keçirib başa çatdıra bilməyən, Qubad İbadoğlunun dili ilə desək, qurultayda ədalətli seçki mühitinin olmasını təşkil edə bilməyən qabiliyyətsiz adamdır: "Özləri bəyan edirlər ki, saxtakarlıq o həddə olub ki, qurultaya Müsavatın Samux rayon təşkilatının adından Gəncədən nümayəndə göndəriblər. Bütün bunlar onu göstərdi ki, İsa Qəmbərin özü saxtakar, demokratik prinsiplərdən kənar adamdır, 22 ildir boş-boş danışırmış. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm, İsa Qəmbər, nə gündəsən?!".
BAXCP sədrinin müavini faktiki Müsavat partiyasının parçalandığını bildirib və yaxın zamanlarda bunun rəsmiləşəcəyini qeyd edib: "Artıq Müsavatın parçalanması göz qabağındadır. Demək olar ki, Müsavat "facebook" sosial şəbəkəsində də parçalanıb. Hər gün Arif Hacılı tərəfdarları ilə Qubad İbadoğlu tərəfdarları bir-birini təhqir edir, nifrət püskürür. Yaxın zamanlarda partiya rəsmən parçalanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB