Nobel mükafatçısı: "Forumda son dərəcə aktual məsələlər müzakirə edildi"
"IV Bakı Beynəlxalq Humanitar Forumunda son dərəcə aktual məsələlər müzakirə edildi. Bakıda keçirilən bu Forum böyük əhəmiyyət daşıyır. Çünki burada müxtəlif mədəniyyətlərə malik xalqlar bir araya gəlib". SİA-nın xəbərinə görə, bu fikirləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix deyib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Bakının gözəlliyinin, arxitekturasının onda xoş təəssürat oyatdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB