Monika Kopitovska: "Forum Azərbaycanın dünyadakı nüfuzunu daha da artırır" Təəssüratlar
IV Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqun inkişafına, əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bunu SİA-ya açıqlamalarında forumda iştirak edən xarici qonaqlar deyib.
Lodz Universitetinin dosenti Monika Kopitovska: "Dəyirmi Masada müzakirə olunan məsələlər olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, burada olduqca əhəmiyyətli müzakirələr aparılır. Belə tədbirlərin ənənə halı alması çox yaxşı haldır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın dünyadakı nüfuzunu daha da artırır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Paytaxtınız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir".
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov: "Forumun dünyadakı nüfuzu göz qabağındadır. Forumun nüfuzu artdıqca səmərəliliyi də artır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan forum Rusiya Azərbaycan əlaqələrini daha da möhkəmləndirir. Forumun fəaliyyəti gələcəkdə də onun uğurla davam edəcəyinə əsas verir".
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov: "Forumun yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Forum müxtəlif elm sahələrindən olan insanların birlikdə fikir mübadiləsi aparmasına imkan yaradır. Burada 14 nobel mükafatçısı iştirak edir və bu da forumun əhəmiyyətini daha da artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB