Mustafa Hacıbəyli: “Kimsə fitnə toxumu səpirsə, onlara qapını göstərəcəksiniz” AÇIQLAMA
"Mən Arif Hacılıya qarşı fikir bildirənləri səbirli olmağı arzulayıram. Çünki biz onları səbrlə dinləyirik və onları da səbrli olmağa dəvət edirik, vəssəlam". Sözügedən fikirləri SİA-ya açıqlamasında Müsavat rəsmisi Mustafa Hacıbəyli başqanlığa namizəd olmuş Qubad İbadoğlunun və onun tərəfdarlarının onları davamlı şəkildə ittiham etmələrinə münasibətini bildirərkən deyib.
Mustafa Hacıbəyliyə qarşı tərəfin ittihamları davam edərsə susmayacağı barədə açıqlama verdiyini xatırlatdıqda isə o bildirib ki, həmin ifadəni digər mənada işlədib: "Mən susmayacağam, yaxud da cavab verəcəyəm deməmişdim. Sadəcə, Cəmil Ünal qurultaydan sonra çıxış elədi və orada da dedi ki, hər kəs bir-birini qucaqlayacaq, əl-ələ tutacaq. Kimsə fitnə toxumu səpirsə, onlara qapını göstərəcəksiniz. Yəni mən ondan bir sitat gətirmişdim sadəcə. Ona görə də səbrli olub, qarşı tərəfi axıra kimi dinləyəcəyik".
Xatrladaq ki, son günlər Müsavat Partiyasının yeni başqanı Arif Hacılıya və onun tərəfdarlarına qarşı sərt ittihamlar səsləndirilir və tərəflər arasındakı münasibət tamamilə pozulub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB