Valdis Zatlers: "Bakı Beynəlxalq Humanitar Forumu uzunömürlü olacaq"
"Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəyə çevrilib". SİA-nın xəbərinə görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Forum iştirakçıları bir-birini artıq tanıyır, çünki bundan əvvəlki forumları xatırlayırıq: "Həmçinin Forumun işinə ilk dəfə qatılanlar da ilk andan onun tədbirlərində iştirak edirlər. Bakı Beynəlxalq Humanitar Forumu uzunömürlü olacaq. Çünki bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birlərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda bu, sanki asandır. Lakin bunu reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacib amildir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB