Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Nikaraqua xarici işlər naziri Samuel Santos Lopezlə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət əsnasında həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB