Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Dağlıq Qarabağı müzakirə edib

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Dağlıq Qarabağı müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ilin 25 sentyabr tarixində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb. SİA-nın məlumatına görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə