Elmar Məmmdəyarov Seynt Vinsent və Qrenada xarici işlər naziri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Seynt Vinsent və Qrenada xarici işlər naziri Kamillo Qonzalveslə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı səfərlər müzakirə olunub.
Söhbət əsnasında həmçinin iqtisadi layihələrin icrası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB