Partiya rəsmisi: “Əli Kərimli AXCP-çiləri “Milli Şura”ya üzv etməklə məşğuldur” İDDİA
"Bu gün Əbülfəz Elçibəyin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) heç kim qalmayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxalı AXCP-də baş verən istefalara münasibət bildirərkən deyib.
"Son zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) baş verən istefalar gözlənilən idi. Çünki hazırda Əli Kərimlinin yanında qalan adamlar sonralar partiyaya qoşulanlardır və onlar da Əli Kərimlinin əsl simasını görəndən sonra istefa verməyə qərar verirlər. Yerdə qalan 3-5 adam da istefa verib gedəcək", - deyə N.Orduxanlı vurğulayıb.
"Milli Şura" və onun sədrinin fəaliyyətindən danışan partiya rəsmisi deyib ki, AXCP-nin filialına çevrilən "Milli Şura" tamamilə iflasa uğrayıb: ""Milli Şura"nı son prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə təzyiq etmək niyyətində olan Rusiya yaratmışdı. Bu qrumu yaradan Rüstəm İbrahimbəyovu da Rusiya təlimatlandırırdı. Sonradan Rusiya gördü ki, bütün radikalları bir araya gətirsə, belə istəyinə çata bilməyəcək. Bunu görən Rusiya Rüstəm İbrahimbəyova kinosunu çəkməyi məsləhət bildi. Yəni, Cəmil Həsənlinin "Milli Şura"ya sədr seçilməsinə imkan verən Rusiya bu qurumun dağılmasına rəvac verdi. İndi isə bu qondarma qurumun yalnız adı qalıb. Hətta "Milli Şura"nın Cəmil Həsənlidən ibarət olduğunu belə desəm yanılmaram".
N.Orduxanlı qeyd edib ki, bu gün Əli Kərimli yalnız adı qalan "Milli Şura"dan istifadə etməyə çalışır: "Bu gün Əli Kərimli öz partiyasının üzvlərini "Milli Şura"ya üzv etməklə məşğuldur. Cəmil Həsənli də Əli Kərimlinin şöbə müdiri kimi gedən prosesləri yalnız kənardan izləməklə məşğuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB