“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kitab haqqında məlumat verib, onun əhəmiyyətindən danışıb. Əli Həsənov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab erməni millətinin saxtakarlıqlarını, iç üzünü açıq aydın göstərən dəyərli mənbədir.
Tədbirdə digər çıxış edənlər kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ardıcıllıqla, tarixi faktlara əsaslanaraq göstərilməsindən bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB