Azər Əsgərov: "Əli Kərimlinin ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı" AÇIQLAMA
AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov Əli Kərimlinin onunla maraqlanmadığını, partiya sədrinin yalnız öz məqsədləri üçün çalışdığını bildirib.
A.Əsgərov mülkünü müxalifət partiyasına verdiyinə görə peşman olduğunu deyib: "Azadlıq" qəzeti müsahibələrimin, mətbuat konfransında çıxışlarımın yarısını çap edir. Ötən şənbə günü yazı qoydular, bazar günü saytdan çıxarıldı. Mənim nə "Azadlıq" qəzetinə, nə AXCP-yə etibarım qalıb. Mənim müxalifətə görə mülküm əlimdən çıxıb. Mən çox şey öyrənmişəm və açıqlayanda AXCP çalxalanacaq, zəlzələ olacaq. Hələlik gözləyirəm. Gəminin kapitanı ya hamı ilə birlikdə batar, ya da axırda sərnişinlərdən sonra göyərtəni tərk edər. Burda əksinə olub. Əli Kərimli hadisə olan günü qərargaha gəlmədi. Məndə olan məlumata görə, partiyanın Bakı şöbələrindən maşınlarla dolu adamlar gəlmək istəyib, partiya rəhbərliyi geri qaytarmağı tapşırıb. Yenə deyirəm ki, o gündən bəri mənimlə Gözəl Bayramlı maraqlanıb. Əli Kərimlinin ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı. Bir hərəkətlərinə baxsın. Mən pis iş görüb onlara qərargah vermişəm? Budur yaxşılığım? Deməli, ortada başqa işlər var. Gileyimlə bağlı arabir facebook səhifəmdə atmacalar yazıram. Cəbhəçilər də deyirlər ki, yazma, belə etmə. Axı mən də insanam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB