Novruz Məmmədov: "Azərbaycan II beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı"
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Cənub Qaz Dəhlizinin təməlinin atılması ilə bağlı fikirlərini açıqlayıb. SİA-nın xəbərinə görə, N. Məmmədov "Twitter" səhifəsində bu hadisəni Azərbaycanın ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsinə imza atması kimi dəyərləndirib.
"Azərbaycan 20 ildən bir qədər artıq müddətdə 2-ci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı. Enerji sahəsində əməkdaşlıq tarixinə "XXI Əsrin Kontraktı" kimi daxil olan bu layihə həm Azərbaycana, həm də iştirakçı dövlətlərə öz töhfəsini verəcək" - deyə, N. Məmmədov qeyd edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB