Elşən Musayev: "Avropalı parlamentarilərin çoxu elə Əli Kərimli ağıldadır...”
"Əvvəla, Avropa Parlamenti Azərbaycanla bağlı sanksiya qərarı verməyib – bu onların şablon, kvartal arası ya da belə deyək: mövsümi olaraq verdikləri qərarlardan, bəyənatlardan biridir. (Fəqət, nə təəssüf ki, bizim radikal müxalifət - hələ də sanksiya ilə tələbin fərqini bir-birindən ayrıra bilməyəcək ağılın sahibidir) İkincisi, Avropa Parlamentariləri o vaxt demokrat olmağa başlayırlar ki, regional vəziyyət deyil, şəxsi maraqlar bunu tələb edir. (Yəni bu oyunbaz mandat sahibləri lazım olan yerdə yox, lazım bildikləri yerdə özlərinə ustaca əl qatmağı bacarırlar) Və nəhayət üçüncüsü....həmin parlamentdə oturanların ən az 90 faizi elə Əli Kərimli və Leyla Yunus ağıldadır. O mənada ki, pozitiv, gözlə görünən proseslərlə bağlı fikir yürütməli olduqları yerdə, yalnız və yalnız öz qara eynəklərinin altından gördüklərini təsvir, tövsif, ifadə eləməyə çalışırlar" – Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev SİA-ya Avropa Parlamentinin Azərbaycanla bağlı verdiyi qərara münasibət bildirərkən söyləyib.
Partiya sədri daha sonra əlavə edib: "Türkiyə Baş Nazirinin ölkəyə səfəri və Rusiya ilə istiləşməkdə olan münasibətlər deyəsən Avropa Parlamentarilərini yamanca qıcıqlandırıb. Təbii, Qərbin, daha doğrusu bəzi qərbyönümlü qüvvələrin birbaşa təkidi ilə. Hətta bəlkə də hədəsi ilə. Amma olsun. Ürəkləri istəyən qədər özlərini yerdən – yerə ya da yerdən – göyə vursunlar. Sonucda bu ikili, riyakar, ədalətsiz vasitələrin heç nəyə yaramadığının özləri də şahidi olacaqlar..
Azərbaycan nəinki Avropa, ümumən dünya çapında öz yolu, öz planlı addımı, öz müstəqil qərarı və öz siyasi iradəsi ilə tanınır. Leyla Yunus kimi xainləri, vətən satqınlarını ya da Avropanın öz cibindən maliyyələşən hansısa hüquq müdafiəçilərini müdafiə etmək isə onlara baş ucalığı gətirməz.
Ayrıca, Azərbaycan nə Ukraynadır, nə Ermənistan nə də Gürcüstan. Düzdür, hərdən Qərb və Avropa bunu həzm edə bilmir ya da etmək istəmir. Bəzənsə bizləri də öz diqtə və hədə "maşın"larının məncənəsinə vermək istəyirlər. Amma baxın, artıq neçənci cəhddir ki, alınmır. Heç bir zaman da alınmayacaq. Çünki, dövlət yerindədir! Çünki, rəhbər yerindədir...!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB