"Yutta Bauerin Azərbaycan torpaqlarına icazəsiz səfəri qanun pozuntusudur" ETİRAF

"Yutta Bauerin Azərbaycan torpaqlarına icazəsiz səfəri qanun pozuntusudur" ETİRAF

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıya səfəri zamanı Avstriya xarici işlər naziri Sebastyan Kurtsu müşayiət edəcək avstriyalı jurnalist Yutta Bauerin Azərbaycana buraxılmamasına münasibət bildirib. SİA-nın məlumatına görə, nazir bildirib ki, qanunun aliliyi, beynəlxalq hüquqa hörmət bu məsələdə böyük əhəmiyyət daşıyır: "Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib, və Avstriya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasındadır. Qanunun aliliyi, beynəlxalq hüquqa hörmət bu məsələdə böyük əhəmiyyət daşıyır. Xanım Bauer Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan ölkənin işğal altında olan ərazilərinə səfər edərək reportaj hazırlayıb. Bundan əvvəllər də xarici jurnalistlər bu məsələ ilə bağlı bir neçə dəfə Azərbaycana müraciət ediblər. Sadəcə məsələ onadır ki, işğal altında olan ərazilərə səfərlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Bunu beynəlxalq hüquq tələb edir".

Avstriya XİN başçısı da Azərbaycanın xarici işlər nazirinin fikirləri ilə razılaşdığını qeyd edərək deyib: "Azərbaycan nə üçün belə bir addım atdığını başa düşürəm. Yutta Bauerin Azərbaycan torpaqlarına icazəsiz səfəri qanun pozuntusudur".

Bütün xəbərlər Facebook səhifəmizdə