“Ukrinform” agentliyinin jurnalisti son mənzilə yola salınıb

Sentyabrın 8-də Ukrayna paytaxtındakı Lukyanov hərbi qəbiristanlığında "Ukrinform" agentliyinin jurnalisti Oleq Zadoyançukun dəfn mərasimi keçirilib. O, sentyabrın 4-də antiterror əməliyyatı zonasında həlak olub.
Dəfn mərasiminə təxminən 300 nəfər, o cümlədən tanınmış jurnalistlər, məşhur teleaparıcılar, müxtəlif nəşrlərin rəhbərləri və hərbçilər gəlmişdi.
Oleq Zadoyançuk sentyabrın 4-də Luqansk ətrafında, Novoaydarovski rayonunun Dmitrovka kəndində artilleriya atəşi nəticəsində həlak olub.
Oleqin 43 yaşı vardı. Ukrinforma agentliyindən əvvəl o, müxtəlif vaxtlarda "1+1", "Novıy kanal", "5 kanal", "Siti" telekanallarında, habelə UNİAN agentliyində redaktor vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...