Azərbaycan ilə Türkiyə arasında viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur RƏSMİ

Azərbaycan ilə Türkiyə arasında viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur RƏSMİ

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmamaqla, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Bu barədə SİA-ya Azərbaycanın Türkiyədəki səfirliyi bəzi KİV-lərin bu barədə yaydığı məlumatları təkzib edərkən deyib.

Səfirliyin məlumatında qeyd olunur ki, viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə