zərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, habelə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın toplantılarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə gediblər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AŞPA Bürosunun iclasında Türkiyə və Makedoniyada prezident seçkilərinin nəticələri, eləcə də bir sıra təşkilati məsələlər müzakirə olunacaq.

Monitorinq komitəsində həmməruzəçilərin bu ilin may ayında Bakıya səfərlərinin yekunları, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ukraynadakı son hadisələr, Türkiyə, Monako və Makedoniya ilə monitorinq sonrası dialoqla bağlı məsələlərə baxılacaq.

Siyasi işlər və demokratiya komitəsinın yığıncağında Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Qırğızıstan və Mərakeş parlamentlərinin qurumun demokratiya üzrə tərəfdaşları kimi fəaliyyətlərinin dəyərləndirilməsi, Belarusda mövcud durum, millətçilik, ksenofobiya təzahürləri ilə mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 7-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...