Mais Səfərli: “Müxalifət təmsilçiləri arasında heç vaxt səmimiyyət olmayıb" MÜNASİBƏT
"Müxalifət nümayəndələri bələdiyyə seçkiləri ərəfəsində yenidən fəallıq göstərib yeni blok yaratmağa cəhd göstərirlər. Söz yox ki, bu cür fəallıq reallığı əks etdirmir. Bu addım ictimaiyyətlə yanaşı, mətbuatın diqqətini özlərinə cəlb etməyə yönəlib". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirib.
Onun fikrincə, ötən il keçirilən prezident seçkilərindən indiyə qədər müxalifətin heç bir fəaliyyəti görünməyib: "Müxalifətin ancaq öz aralarında didişmələrdən başqa bir fəaliyyəti yoxdur. Yəni nə isə yeni proqramlar ortaya qoysunlar, yeni təşəbbüslər irəli sürsünlər və yaxud da öz partiyalarında yeni islahatlar aparmaq kimi məsələlərin heç biri onlarda yoxdur. Demək olar ki, qarşıdan bələdiyyə seçkilərinin gəlməsi ilə bağlı müxalifət təmsilçiləri bir növ özlərini reklam etməkdən ötrü müxtəlif quruplar yaradırlar. Bunun da səbəbi müxalifətin özünün istəyi ilə bağlı fəallaşma deyil. Bunun arxasında başqa səbəblər də var. Bildiyiniz kimi, müxalifətdə olan bəzi siyasi qüvvələr Qərbin bəzi siyasi dairələri tərəfindən idarə olunur. Bir sözlə, Qərbin bəzi dairələrindən bunlara verilən məsləhət və tövsiyələrdən biri də odur ki, birliklər yaratsınlar. Eyni zamanda, müxalifət təmsilçiləri də xarici qüvvələrin xoşuna gəlmək üçün bu cür birliklər yaratmağa cəhd göstərirlər. Amma məlumdur ki, müxalifət düşərgəsində olan partiyalar arasında münasibətlər heç vaxt səmimi olmayıb. Ona görə də, onlar heç vaxt səmimi şəkildə birlik yarada bilməyəcəklər".
"İsa Qəmbərin rəhbərlik etdiyi "Milli Strateji Düşüncə Mərkəzi"ndə də daxili çəkişmələr baş verəcəkdir" -deyə qeyd edən partiya sədri onu da bildirib ki, buna səbəb qeyri-səmimiliyin olmamasıdır: "Müxalifət təmsilçilərinin arasında münasibətlər səmimi olmadığından, hər zaman müəyyən siyasi etikadan kənar davranışlara yol verilir. Müxalifət rəhbərləri yaratdıqları hər hansı bir qurumu öz partiyalarının maraq və məqsədlərinə uyğunlaşdırmağa və öz maraqlarına uyğun istifadə etməyə çalışırlar. Bu məsələ uğrunda da çəkişmələr gedir. Nəticədə də həmin qurum parçalanaraq, dağılır".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB