"Həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sərgilədiyi işğalçı siyasət, qeyri-konstruktiv mövqe qarşısında Qərb ölkələrinin və beynəlxalq qurumların Azərbaycana verdikləri boş vədlər ikili standartların hələ də davam etdiyini sübut edir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
YAP funksioneri hesab edir ki, Qərb ölkələri, beynəlxalq birlik və təşkilatlar həmişə bəyanatlarında insan hüquq və azadlıqlarından, sərhədlərin toxunulmazlığından, ölkələrin ərazi bütövlüyünə hörmətin vacibliyindən ağız dolusu danışırlar: "Ancaq gəlin baxaq buna əməl olunurmu? Bir vaxtlar onlar Əfqanıstana, İraqa, Liviyaya bu adla gəldilər və əzində nə oldu? Həmin dövlətlər bu gün daha acınacaqlı vəziyyətə düşüblər. Və yaxud da, Ukraynanı götürək, Qərb dövlətləri Krım problemində Rusiyanın sanki üstünə getmiş kimi üç-beş kəskin bəyanat verməklə məsələnin bitdiyini zənn edirlər. Bir tərəfdən Ukraynaya kömək edəcəklərini bildirirlər, digər tərəfdən Rusiyanın üstünə siyasi bəyanatlarla həmlələr edir, başqa bir tərəfdən isə prosesləri sadəcə, seyrçi kimi izləməyi daha məqsədəuyğun hesab edirlər. Göründüyü kimi, burada nəinki, ikili, artıq bir neçə üzlü, standartlı siyasət sərgilənir. 20 ildən çoxdur ki, Azərbaycanı da bu kimi istiqaməti bəlli olmayan riyakar siyasətlə arxayın salıblar və ölkəmizi konkret addımlar atmaqdan çəkindirilmiş, özləri də bunun əvəzində Ermənistana heç bir kiçik sanksiya belə tətbiq etməyiblər. Qərb demokratiyası, Avropa ədaləti budurmu? Avropa tarixən bu kimi oyunlarla həmişə öz məqsədlərini həyata keçirməyə çalışmışdır".
M.Abasquliyeva onu da vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev avqustun 6-da cəbhə bölgəsində sakinlərlə görüşü zamanı bildirib ki, artıq vaxt gəlib çatıb, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə etməliyik: "Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir... Biz isə bununla heç vaxt barışmayacağıq. Əslində, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlara yol verməməli idi. İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq edən zaman normal proses kimi qiymətləndiriləcəkdir. Lakin təcavüzkar Ermənistana qarşı bu cür sanksiyalar tətbiq edilməyib. Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımında iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvət alır, onlara viza verilir. Göründüyü kimi, Azərbaycana qarşı ikili standart olması danılmazdır. Lakin dövlət başçımızın dediyi kimi vaxt çatıb və Azərbaycan xalqının səbri tükənib".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB