Araz Əzimov Brüsselə səfər edəcək

Araz Əzimov Brüsselə səfər edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə - NATO-nun mənzil-qərargahına səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında zamanı məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində A. Əzimov NATO-nun qərargahında danışıqlar aparacaq və tərəflər arasında yenilənmiş sənədin detallarını müzakirə edəcək.

Qeyd edək ki, sənəd Azərbaycan və NATO arasında İPAP üzrə əməkdaşlığın yenilənmiş mərhələsini ehtiva edir.

Bütün xəbərlər Facebook səhifəmizdə