Ermənistan ordusunun Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmənin snayperindən açdığı atəş nəticəsində şəhid olan hərbçimiz bu gün son mənzilə yola salınıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, 22 yaşlı Qaryağdı Əhmədov rayonun Quzanlı kənd qəbristanlığında dəfn edilib. Şəhidin dəfn mərasimində yaxınları, hərbiçi yoldaşları və rayonun icra başçısı Raqub Məmmədov iştirak edib.
Müddətdən artıq xidmət edən 22 yaşlı Qaryağdı Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.
Xatırladaq ki, 22 yaşlı şəhidimiz həqiqi hərbi xidmətini başa vursa da, yenidən könüllü olaraq ordu sıralarına yollanıb.
Qeyd edək ki, müddətdən artıq xidmətdə olan hərbiçimiz ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində snayperlə vurulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB