Cəmil Həsənlidən Müsavatın təklifinə SƏRT CAVAB

“Siz nəyə görə bir sualın üzərində bu qədər dayanırsınız?!”
Cəmil Həsənlidən Müsavatın təklifinə SƏRT CAVAB

"Sessiyanın harada keçirilməsi üşün hələ qərar verməmişik". Bu fikirləri SİA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli sədri olduğu qurumun növbəti sessiyasının Müsvat Partiyasının qərargahında keçirilməsi mümkünlüyünə münasibətini bildirərkən deyib.

Milli Şura sədri Müsavat rəsmisi Mustafa Hacıbəylinin "əgər xahiş etsələr biz onların müraciətinə müsbət cavab verə bilərik" ifadəsinə də fikir bildirərkən, bu varianta qarşı aqressiv münasibət sərgiləyib: "Siz nəyə görə bir sualın üzərində bu qədər dayanırsınız, biz bu barədə heç bir qərar verməmişik".

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək istəsək də Cəmil Həsənli suallarımızı cavablandırmaqdan imtina etdi və telefonunu qapatdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə