Aydın Hüseynov: "Yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur" RƏY

Aydın Hüseynov: "Yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur" RƏY

"Bütün seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası da dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə və səylə hazırlaşır. Hesab etmək olar ki, cari 2014-cü il də Azərbaycanda siyasi fəallıq baxımından seçkilər ili sayılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov YAP-ın bələdiyyə seçkilərinə hazırlaşmasına münasibətini bildirərkən deyib.

Aydın Hüseynovun fikrincə, məhz bu il baş tutacaq bələdiyyə seçkiləri də sözügedən faktorun tərkib hissəsidir: "Artıq partiyamızın rayon və şəhər təşkilatlarının iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı geniş tərkibli müşavirədə də keçirilmişdir. Müşavirədə partiya rəhbərliyi tərəfindən müəyyən təlimatlar və tapşırıqlar verilib. Ona görə də artıq bələdiyyə seçkilərinə hazırlıq işləri gücləndirilib. Müəyyən proqramlar var və düşünürəm ki, bu ilin dekabrında keçiriləcək seçkilərdə də ciddi uğurlar əldə edəcəyik".

"Qaradağ rayon təşkilatı da öz növbəsində fəaliyyətini davam etdirməkdədir"-deyə vurğulayan aydın Hüseynov onu da qeyd edib ki, bu məqsədlə rayon təşkilatında verilmiş tövsiyyələrə əsasən işlər aparılır: "Partiya rəhbərliyinin vurğuladığı kimi, bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan nəçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək. Əminliklə vurğulamaq istərdim ki, bu seçki ili də ötən seçki illərində olduğu kimi zəfər ili qismində qələbə tariximizə yazılacaq".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə