Türkiyə və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Türkiyə və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyədə səfərdə olub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-dən 11-dək Türkiyə Respublikasında səfərdə olub.

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin dəvəti ilə baş tutmuş səfər çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə