AXC-nin yubileyi ərəfəsində QALMAQAL

Mustafa Hacıbəyli: “Müsavat Partiyası AXC-nin varisidir”
AXC-nin yubileyi ərəfəsində QALMAQAL

"Müsavat Partiyasının AXC-nin yaranmasının 25 illiyi ilə bağlı ayrıca tədbirlər planı var". Bu fikirləri SİA-ya açıqlamasında partiya başqanının müşaviri Mustafa Hacıbəyli vaxtilə AXC-nin tərkibində olan, ancaq sonradan müxtəlif siyasi təşkilatlara parçalanan partiyaların qurumun 25 illiyi ilə əlaqədar ayrı-ayrılıqda tədbir keçirmələrinə münasibətini bildirərkən deyib.

Hacıbəyli bildirib ki, həmin tədbirə AXC-yə aidiyyatı olanlar, eləcə də media təmsilçiləri qəbul olunacaq: "Əvvəlki illərdə də Müsavat Partiyası AXC-nin ildönümlərini qeyd edib. Bu gün Müsavatda olan rəhbərik vaxtilə AXC-nin öndə gedənləri sırasında olublar. Bu baxımdan, AXC-nin varisi kimi fəaliyyət göstərən partiyalardan biri də təbii ki, Müsavatdır".

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər mətbuata açıqlamasında bildirmişdi ki, o, nə AXCP-nin, nə də digər partiyaların AXC-nin 25 illiyi ilə bağlı tədbirlərinə qatılmaq fikrində deyil.

Xatırladaq ki, AXCP rəhbərliyi öz növbəsində AXC-nin varisi kimi həmin gün öz tədbirini Əmircanda keçirəcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə