Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirib. O əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə öz töhfəsini verib.
Ceyms Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. NATO nümayəndəsi bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB