Siyasi şərhçi: “Dağlıq Qarabağ məsələsində Koçaryan daha böyük faşist və canidir”

Siyasi şərhçi: “Dağlıq Qarabağ məsələsində Koçaryan daha böyük faşist və canidir”

"Bu gün Ermənistanda Koçaryan və Serj Sarkisyan arasında gedən mübahisədən hamı xəbərdardır". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu regionda baş verən prosesləri şərh edərkən belə deyib.

Mərkəz direktorunun sözlərinə görə, hələ Koçaryan deyirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlamasının əsas məqsədi Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olmasıdır: "Serj Sarkisyan isə buna qarşı çıxaraq Dağlıq Qarabağın müstəqil olması fikrini ortaya atıb. Dağlıq Qarabağ məsələsində Koçaryan daha böyük faşist və canidir. Bu şəxs hər zaman işğalçılıqda, faşistlikdə S.Sarkisyandan bir addım öndə olub. S.Sarkisyan Koçaryanın kölgəsidir. Hər iki şəxs fikirlərində bir-birini təkzib edir".

Bütün xəbərlər Facebook səhifəmizdə