Fuad Qəhrəmanlıdan Mustafa Hacıbəyliyə İKİBAŞLI CAVAB

“Mən o adda adam tanımıram”
Fuad Qəhrəmanlıdan Mustafa Hacıbəyliyə İKİBAŞLI CAVAB

"Mən Mustafa Hacıbəyli adında adam tanımıram". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Məclis üzvü, İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylinin onun fikirlərinə şərh olaraq "Ayağımıza dolaşanların cavabını veririk, bundan sonra da verəcəyik" ifadəsinə münasibətini bildirərkən deyib.

AXCP sədrinin müavini onu da bildirib ki, ümumiyyətlə, onu nə Hacıbəylinin, də ki, Müsavatda təmsil olunan digərlərinin dedikləri fikirlər maraqlandırmır: "Dediklərim fikirlərin isə üzərində dayanıram".

Qeyd edək ki, Fuad Qəhrəmanlı bir müddət öncə, İsa Qəmbərin təşəbbüsü ilə yaradılmış Milli Strateji Düşüncə Mərkəzi ilə bağlı kəskin fikirlər söyləyib. Mustafa Hacıbəyli isə Fuad Qəhrəmanlını və AXCP sədri Əli Kərimlini Müsavat Partiyasını təftiş etməkdə və pozuculuqda günahlandırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə