Spiker Oqtay Əsədov: "Azərbaycan xalqı haqlı olaraq öz prezidenti ilə fəxr edir"
"Preizdent İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz prezidenti ilə fəxr edir". SİA-nın xəbərinə görə, bunu spiker Oqtay Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə başçısının AŞPA-nın sessiya iclasında Azərbaycanda həyata keçirilən islahatlar, qarşıda duran problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəyərli fikirlər səsləndirdi. Çıxışdan sonra suallara cavab verən zaman ölkə başçısı Azərbaycanı Avropaya lazımınca təqdim edə bildi. Eyni zamanda Azərbaycanın beynəlxalq birliyin bərabər hüquqlu üzvü olduğunu, eləcə də beynəlxalq təşkilatlar qarşısında alnı açıq olduğunu nümayiş etdirib. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. odur ki, gözəl təqdimata görə, bütün millət vəkillərinin adından Prezident İlham Əliyevə təşəkkür edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB