Oqtay Əsədov: "TÜRKPA peşəkar tərcüməçilərin hazırlanmasını diqqətdə saxlamalıdır"
"TÜRKPA yüksək ixtisaslı tərcüməçilərin hazırlanmasını diqqətdə saxlamalıdır. Peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil. Bu məsələnin həllində kömək göstərilməsi TÜRKPA-nın əsas hədəflərindən biri olmalıdır". SİA-nın xəbərinə görə, bunu TÜRKPA Şurasının V iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.
Onun szölərinə görə, təşkilatın əsas tədbirləri çox vaxt Bakıda keçirilir: "Təşkilat çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi və digər əlaqələrin dərinləşməsinə şərait yaradır. Artıq TÜRKPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib. Türdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz və arasında qardaşlıq münasibətlərinə dərinləşməsinə kömək edib. Hesab edirəm ki, Komissiyanın yenidən təşkil olunması, təşkilatın səmərəliliyini daha da artıra bilər. Biz TÜRKPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türk tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan Parlamenti TÜRKPA-nın fəaliyyətinin hüquqi bazasının təkminləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki,payızın əvvəlllərinə qədər katiblik bu məsələyə hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlik lazımi addımlar atacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB