Novruz Məmmədov: "Bizim sabitliyimiz və inkişafımız heç bir ölkə ilə müqayisə oluna bilməz”
"O zaman çox mürəkkəb bir dövr idi. Bir sıra qüvvələr bütün imkanlardan istifadə edərək, Ümummilli Liderin hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Hətta onu müdafiə edənlər həbs edilirdi. Buna baxmayaraq, xalq Ulu Öndəri dəstəklədi və onu hakimiyyətə gətirdi". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 15 iyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirərkən deyib.
PA rəsmisinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi o dövrdə ən mühüm hadisələrdən və mərhələlərdən biri idi: "O, Azərbaycan dövlətinin maraqlarının qorunub saxlanması üçün tarixi işlər görüb. Ulu Öndər Heydər Əliyev ən çətin, müharibə şəraitində olan vaxtda Azərbaycanı elə təməl üzərində qurdu ki, Azərbaycan bu gün də məhz həmin təməl üzərində inkişaf edir. Bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır. Biz hər gün onun ruhunu, fikirlərini, mövqeyini mürəkkəb proseslərdə görürük, hiss edirik, duyuruq.
Qeyd etdiyim kim o zaman hakimiyyətdə olan qüvvələr müxtəlif formalarda Ulu Öndər Heydər Əliyevin yaşına görə hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Bununla bağlı müxtəlif kampaniyalar da aparırdılar. O dövrlərdə çox böyük təzyiqlər var idi. Amma xalqın Ulu Öndər Heydər Əliyevə olan bağlılığı bütün təzyiqlərin aradan qaldırılması ilə nəticələndi. Heydər Əliyevin hakimiyyətə gəlməsi o dövrdə Azərbaycanın müasir tarixində ən mühüm hadisələrindən, ən mühüm dövrlərindən, ən mühüm mərhələlərindən biri idi. Həmişə qeyd edirəm ki, o vaxt elə bir dövr idi ki, o vaxta qədər Azərbaycan yüz illər ərzində ərazilərini itirə-itirə gəlmişdir və proses o anda birdən-birə daha da gücləndi. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyət gəlməsi təkcə Azərbaycan dövlətinin müstəqilliyini qoruyub, saxlamaq, onun sabitliyini, inkişafını təmin etmək üçün təminat prinsiplərin hazırlamaq deyil, eyni zamanda o prosesləri dayandırmaq vacib idi. O prosesin dayanması çox böyük hadisə idi.
Onu da deyim ki, uzun illər keçməsinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyətə rast gəlməmişəm. Mən onunla 7 il bir yerdə işlədim. 70-80 ölkənin rəhbərləri ilə onun yanında iştirak edib, görüşlərdə oldum. Səmimi deyirəm, bu dövr ərzində mən ona bərabər ikinci bir dövlət başçısı, rəhbəri, şəxsiyyət görə bilmədim".
Novruz Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl prinsipləri üzərindəki yolu indi xalqına, dövlətinə, millətinə bağlı olan Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir: "Sabitliyin bu günədək davam etməsi Heydər Əliyev dühasının töhfəsidir. Eyni zamanda, bu sabitlikdən əlavə, böyük inkişafın olması Azərbaycanın müstəqillikdən sonra böyük tarixi nailiyyətidir. Bizim sabitliyimiz və inkişafımız heç bir ölkə ilə müqayisə oluna bilməz. Ulu Öndər Heydər Əliyevin qurduğu təməl möhkəm əsaslar üzərində qurulan təməldir. Biz bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında həmin möhkəm təməl üzərində öz dövlətimizi, cəmiyyətimizi inkişaf erdiririk. Əgər siz dünyada gedən proseslərə nəzər salsanız və müqayisə etsəniz görərsiniz ki, dünyanın onlarla ölkəsində həddindən artıq gərgin bir vəziyyət hökm sürür. Amma Azərbaycanda 20 ildən artıq bir müddətdə sabitlik, təhlükəsizlik təmin olunub və eyni zamanda bu sabitliklə bərabər ölkəmizdə güclü inkişaf mövcuddur. Bu, çox böyük nailiyyətdir. Amma çox təəssüsflər olsun ki, bunu dünyada görənlər də və buna qısqanclıqla yanaşanlar da var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB