Novruz Məmmədov Azərbaycanın mövqeyini şərh etdi AÇIQLAMA

Novruz Məmmədov Azərbaycanın mövqeyini şərh etdi AÇIQLAMA

"Təbii ki, bu, Ermənistanda ciddi narahatlıq yaratmalıdır. İşğalçı ölkənin həmişə böyük iştahı olub. Azərbaycan Prezidenti İlham Əliyevin də bu məsələ ilə bağlı atdığı addım onların iştahlarını boğazlarında qoyub". Bunu SİA-ya Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın mövqeyini elan etməsinin Ermənistan rəhbərliyini ciddi təşvişə salmasına münasibət bildirərkən deyib.

PA-nın şöbə müdiri Novruz Məmmədovun sözlərinə görə, əvvəlcədən ölkə Prezidenti İlham Əliyev bütün beynəlxalq ictimaiyyətə, o cümlədən Avrasiya İqtisadi İttifaqını yaradan əsas dövlətlərə xəbər göndərərək, ölkəmizin mövqeyini şərh edib: "Həmin mövqe də ondan ibarətdir ki, hər hansı bir dövlət qurum yarada bilər və bu, onların suverən hüququdur. Amma beynəlxalq hüququn prinsipləri mütləq yerinə yetirilməlidir. Təbii ki, Azərbaycan dövləti də bunu göstərdi və çox yaxşı oldu ki, onların hər biri bundan məlumatlı oldular. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bununla bağlı həm iclas zamanı, həm də ondan sonra Ermənistan tərəfinə mövqeyini bildirdi. Nazarbayev rəsmi İrəvanın diqqətinə çatdırdı ki, Ermənistan başqa beynəlxalq təşkilatlara necə üzv və BMT-yə hansı şərtlərlə daxil olubsa, bu yolu eyni qaydada davam etməlidir. Yəni bu da o deməkdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olduğu zaman Dağlıq Qarabağla heç bir əlaqəsi olmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə