Təhmasib Novruzov: “Xaricdən alınan hər bir maliyyə qanunsuz hesab edilir” Müsahibə
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun Səs TV-yə müsahibəsi:
- Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Müsavat və AXCP rəhbərliyində təmsil olunan, eyni zamanda da QHT rəhbərləri olan şəxslər OXFAM-dan milyonlarla dollar qrant alıblar. Bu vəsaitin isə sözügedən partiyaların maliyyələşməsinə yönəldiyi iddia edilir. Bu, Azərbaycanda siyasi partiyalar haqqında qanunun tələblərinə zidd deyil?
- Azərbaycan Respublikasının siyasi partiyalar haqqında qanunun tələblərinə əsasən heç bir partiyaya xaricdən maliyyə cəlb edə bilməz. Xaricdən alınan hər bir maliyyə qanunsuz hesab edilir. Bu halda göndərilən, ayrılan hər bir vəsaitin bankların həmin partiyalara verməmək hüququ da var. Maliyyə Nazirliyinin müəyyən sanksiyalar tətbiq etmək hüququ da var. Məhz buna görə, elə bu partiyalar QHT, ictimai birliklər yaradır. Və bu təşkilatların heç biri dövlət qeydiyyatından keçmir. Bunlar bir fiziki şəxs kimi fəaliyyət göstərirlər. Bunun da onunla əsaslandırırlar ki, təşkilatlar siyasi baxışlarına görə qeydə almır. Bu baxımdan xarici maraqlı qüvvələrə müraciət edirlər. Təbi ki, onların da maraqları var ki, müxtəlif yollarla Azərbaycanın daxili siyasətini haradasa sarsıtmaq, daxildə ziddiyyət, qarşıdurma yaratmaq üçün bu qüvvələrdən istifadə etsin.
- Qrantların daha çox ABŞ-dan alındığı bildirilir. Necə düşünürsünüz, rəsmi Vaşinqton Azərbaycanda heç bir nüfuzu və sosial bazası olmayan müxalifətə maliyyə dəstəyi verməklə nə əldə etmək istəyir?
- Təkcə Azərbaycan deyil, ümumiyyətlə keçmiş MDB respublikalarında, o cümlədən inkişaf etməkdə olan ölkələrdə, hansı o ölkələrdə ABŞ-ın maraqları var, oradakı lazımi təşkilatlara istənilən miqdarda qrant ayrılır. Bunun da ciddi səbəbləri var. Başlıcası, ABŞ xüsusilə SSRİ dağıldıqda təkqütblü dünya qurmaq iddiasına düşüb. 90-cı illərdə bu xətt götürülüb. Əslində ümumən Avropa ilə birgə həyata keçirmək kimi, NATO-nun xətti kimi qələmə versələr də, bu sırf ABŞ-ın xəttidir və dünyanın bir qütbdən idarə olunması məqsədi daşıyır.
- Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti müxalifətlə görüşməyə can atdı. Baş tutan görüşdən sonra Əli Kərimli və İsa Qəmbər Azərbaycan dövləti və hökuməti ilə bağlı qonağa kifayət qədər ittiham xarakterli məlumatlar çatdırdıqlarını gizlətməyiblər. Sizcə, "sapı özümüzdə olan baltaları" Azərbaycanın iç məsələləri özlərinə məxsus formada xarici qonaqlara çatdırmağa çalışmaqları nədən qaynaqlanır?
- Necə olur ki, hər hansı bir nazir, deputat qrupu, senatlar səviyyəsində Azərbaycana gələn və ölkənin prezidenti, Milli Məclisin sədri, Baş naziri və digər qurumlar tərəfindən qəbul edilən hər bir nümayəndələrlə olan görüşlər mətbuata açıq şəkildə nümayiş etdirilir. Elə yaxın zamanlarda Fransa prezidenti qapalı görüş keçirdi. Eyni qaydada İsveçrə görüş keçirib, mətbuatı içəri buraxmır. Birinci növbədə, əgər demokratiyadırsa, Azərbaycana xarici ölkədən gələn yüksək rütbəli şəxslərin, xüsusilə prezidentlərin Azərbaycanın dövlət rəhbərləri ilə görüşlər açıq şəkildə media qarşısında keçirilir, amma müxalifətin görüşləri mediaya qapalı olur. Niyə bundan qaçırlar?! Yəni Müxalifətdən öyrənmək istədiklərini və bunlara müxalifətə vermək istədikləri tapşırıqları Azərbaycan əhalisi bilməsin. Onları bir məqsədi çoxlu pul qoparmaq. Necə ki, 1990-cı ildə Patrik Arekyandan kifayət qədər pul aldılar. Çox təəssüf ki, bu gün də meydanda həmin müxalifətdir.
Günel Əzizqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB