Ermənistan atəşkəsi 46 dəfə pozdu

Ermənistan atəşkəsi 46 dəfə pozdu

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə