“PA rəhbəri Ramiz Mehdiyev çox haqlı, kəskin, kifayət qədər ünvanlı açıqlama verdi” AÇIQLAMA
"Riçard Morninqstarın çıxışında heç bir balansdan söhbət gedə bilməz. Səfirin heç bir diplomatik konvesiyaya sığmayan mövqeyi hətta bir sıra müxalif qüvvələrin indiyə qədər hakimiyyət əleyhinə yürütdükləri siyasətdən də, verdikləri bəyanatlardan da önə keçdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın ona qarşı yürüdülən haqlı ittihamlara qarşılıq olaraq balanslı mövqe sərgiləməsi iddiasına münasibəti bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ səfiri buna qədərki dövrdə anti-hakimiyyət dairələrini öz sferalarında saxlayırdısa, bu dəfə özləri bu funksiyanı üzərlərinə götürdülər və açıq şəkildə partiya vəzifəsi ilə məşğul oldular: "Ona görə də qeyri-siyasi, qeyri-hüquqi, qeyri-diplomatik tərz seçildi və bu üsluba qarşı Azərbaycan dövləti adından Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev çox haqlı, kəskin, kifayət qədər ünvanlı açıqlama verdi. Əvvəla, səfirin Azərbaycanı hansısa inqilabi proseslərlə hədələdiyi yerdə hansı balansdan söz gedir? Digər tərəfdən, Rusiya və İrandan gələn təhlükələr məsələsi heç bir halda bu cür müsahibələrin mövzusu deyil. Əgər həqiqətən də onlarda belə məlumatlar varsa ki, regionda təhlükəsizlik şəraiti kifayət qədər qarışıb və bu Azərbaycanın ziyanınadır, o zaman kəşfiyyat məlumatlarını buna qədərki dövrdə olduğu kimi, Azərbaycanın müvafiq qurumlarına təqdim etsinlər. Riçard Morninqstarın hazırkı addımları diplomat kimi qeyri-peşəkarlığına dəlalət etməklə bərabər, ABŞ-ın da maraqlarına kifayət qədər zərbə vurdu".
Zahid Orucun fikrincə, bu hadisələrdən yararlanmaq istəyən dairələr olacaqdır. Çünki iki ölkənin münasibətlərinin problemləri başqa qüvvələr üçün imkanlar açır: "Əminəm ki, Azərbaycan dövləti heç bir halda məqsəd etibarı ilə Qərb siyasi kursundan geri durmaq, ABŞ ilə əlaqələrinə yenidən baxmaq mövqeyini deyil, əvvəlki zamanlarda olan normal qaydada özünə hörmət, normal münasibət gözləyir. Bəlkə də səfir özünün fəaliyyətinin sonuna doğru mənfi izlər qoyaraq, Azərbaycan- ABŞ münasibətlərinə zərbə vurmaqla tarixdə qalacaq. Bizim üçün tamam mahiyyət bəllidir ki, ölkəmizi Rusiya əleyhinə siyasətə qoşmaq, burada anti-Rusiya xofunu yaratmaq niyyəti Qərb səfirliklərinin başlıca vəzifəsinə çevrilib. Azərbaycanın daxili qüvvələri bundan faydalanmaq, bu ölkənin maraqlarına və mənafelərinə zərbə vurmaq istəyən dairələrin xidmətçisi olmaqdan kənar mövqe seçməlidirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB